tünd brünet (qaraqaş-qaragöz adam)

a raven-head * жгучий брюнет
tülüngü
tünd göy rəng
OBASTAN VİKİ
Qaraqaş
Qaraqaş (lat. Acanthalburnus) — Çəkikimilər fəsiləsinin nümayəndəsidir. Bədəni çox hündür və yanlardan basıqdır. Ağzın ucu gözün üst kənarına yaxın səviyyədə yerləşir. Yan xətt azca aşağıya doğru əyilmişdir. Pulcuqları çox xırdadır. Yan xətt pulcuqlarının sayı 66-85-dir.Xarici görünüşcə qıjovçulara oxşayır, lakin ondan bel üzgəcinin axırıncı şaxəsiz şüasının yoğun olması ilə fərqlənir. Anal üzgəcinin əsası uzunsovdur. Böyüklərinin ortası boyunca bir neçə enli zolaq vardır. Cinsin Zaqafqaziya faunası üçün endemik olan təkcə bir növü vardır.
Qaragöz
Qaragöz (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qaragöz (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Qaragöz (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd.
Adi qaraqaş
Adi qaraqaş (lat. Acanthalburnus microlepis) — Qaraqaş cinsinin nümayəndəsidir. Azərbaycanda Kür çayının orta hissəsində, Ağstafaçay, Qanıxçay və Tərtərçayda, Arazın yuxarılarında (Naxçıvançaya qədər) yayılıb. Respublikadan kənarda Kür və Arazın yuxarılarında, Araqva, Borjomi, Ərdəhan, Arpaçay, Qarasuçay, Qarsçay çaylarında və Çıldır gölündə yayılmışdır. D III (7) 8 (9), A II–III 14–19, adətən 15–17 şüa olur. Udlaq dişləri 2.5–5.2 və ya 2.5–4.2-dir. Qəlsəmə dişcikləri seyrək və qısadır. Uzunluğu 23,5 sm, adi halda 15,0 sm-dir. Quyruq üzgəci uzun və dərin haçalıdır. Alt hissəsi üst hissəsindən bir qədər uzundur.
Qaraqaş tatarları
Qaraqaş və ya Qaraagas tatarları – Qafqazdan Volqa deltasına köç edib, oraya yerləşmiş noğay tayfalarına daxil olan türk boyu. Şiə müsəlman olan Qaraqaş tatarları Qaraağaç noğayları olaraq da adlandırılırlar. Son dövrlərdə xeyli sayda Qaraqaş tatarları müxtəlif etnoslar arasında assimiliyasiya olmuşdurlar. Onları həmçinin, regiondakı digər türk soylu etnoslardan fərqləndirən onların dini kimlikləridir. Belə ki, Qaraqaş tatarları şiə müsəlmandırlar. Azərbaycandakı xeyli sayda olan Qaraqaş yer adlarının bu tayfa ilə əlaqəli olduğu güman edilir. Noğayların bu qrupu əsasən Həştərxan civarlarında yaşamaqdadırlar. Bu qrup uzun müddət Kazan tatarları hesab edilmişdirlər. Lakin danışdıqları şivənin Kazan tatarlarından xeyli fərqli olduğu aşkar ortadadır. Uzun müddət Kazan tatarlarının mədəni, siyasi təsirlərinə məruz qalıblar.
Qaraqaş (Qars)
Qaraqaş — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 237 nəfərdir (2022).
Qaragöz (Siyəzən)
Qaragöz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 18 nəfərdir. Əhalini tatlar təşkil edir.
Qaragöz (Zəngilan)
Qaragöz — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ördəkli kənd inzibati ərazi dairəsində kənd. 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Bəsitçayın sahilində, düzənlikdədir. Mənşəcə turkdilli inanh tayfasının qaragöz qolunun adındandır. Hazırda qaragözlülör İranın Fars əyalətində inanlı tayfa birləşməsinin tərkibində yaşayirlar.
Qaragöz qızılquş
Qarağöz qızılquş (lat. Falco subbuteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Göyərçin boydadır. Quyruğu uzundur. Bel tərəfi tünd-boz, başı qaramtıl, qarın tərəfi cizgili açıq rəngli, boğazı ağdır. Quyruğunun altı və "tumanı" kürəndir. "Bığları" aydın görünür. Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda ilk yayılması ağac olan hər yeri əhatə edib.
Tünd atlanqaç
Tünd atlanqaç (lat. Elephantulus fuscipes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Tünd göy
Tünd göy – rənglərdən biri. Soyuq, ağır, sərt və sirli hesab edilir. Adıçəkilən rəng kainatı, kosmosu təmsil edir və Yupiterə uyğundur.
Tünd qırmızı
Tünd qırmızı – rəng çaları.
Tünd susüpürən
Tünd susüpürəni
Tünd şibyəyeyən
Tünd şibyəyeyən (lat. Cnophria rubricollis) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 10-13 mm-dir. Ön və arxa qanadları tünd qəhvəyidir. Döş hissəsi açıq qırmızı, qarıncığın yarısı qara, onun qurtaracağı isə sarı rəngdədir. Tırtılı boz-yaşıl rəngdə olub üzərində qara nöqtəli dalğavari naxışlar, kürək hissəsinin hər seqmetində üzərində qara tükləri olan 4 qırmızı-sarı ziyil, yanlarda isə sarımtıl tüklərlə örtülmüş 2 ziyil vardır. Başı qonur rəngdədir. Pupu qonur-qırmızı rəngdə olub, sərbəst baramada yerləşir. Meşə biotoplarında yaşayır.
Qaraqaş Məhəmməd Paşa
Qaraqaş Məhəmməd Paşa (v. 14 sentyabr 1621, Xotin) — Osmanlı sultanı II Osman dövründə Budin bəylərbəyi vəzifəsini icra edən vəzir idi. 1612-ci ilin dekabr ayından - 1613-cü ilin oktyabr ayına kimi Bosniya qubernatoru olmuşdur. 1615-ci ildə I Əhmədin qızı Ayşə Sultanla evlənərək saraya kürəkən və Budin bəylərbəyi oldu. 1621-ci ildə Osmanlı-Polşa müharibəsində iştirak etdi və Xotın mühasirəsində öldü.
Qaraqaş Əli Paşa
Qaraqaş Əli Paşa (ö. yanvar 1670) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra baş çavuş olaraq xidmət etməyə başladı. Ardından 1667-ci ilin oktyabrında Rumeli bəylərbəyi payəsi (namizəd) alaraq Sivas sancaqbəyi, 1668-ci ilin noyabrında isə vəzir rütbəsilə Misir bəylərbəyi təyin olundu. Bu vəzifədə ikən 1670-ci ilin yanvarında Misirdə vəfat etdi. Sicill-i Osmani I, səh.
Solğun qaraqaş tinamu
Solğun qaraqaş tinamu (lat. Crypturellus transfasciatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Adam
İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — dik duruşa, nisbətən inkişaf etmiş beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir. Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür.
Adi qaragöz qızılquş
Afrika qaragöz qızılquşu
Qaragöz-i Hacıbaba
Qaragöz-i Hacıbaba (fars. ‎قراگوز حاجی‌بابا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 146 nəfər yaşayır (43 ailə).
Qaragöz və Xacivat
Qaragöz və Xacivat — təqlidə və qarşılıqlı dialoqa əsaslanan iki ölçülü təsvirlərlə bir pərdədə oynadılan kölgə oyunudur. Qaragöz oynadana qurğusal, xəyalbaz deyirlər. Köməkçiləri çıraq, yardaq, dayrezen, sandıqkardır. Oyunda dialoqların dəyişməsi baş rollarla edilir. Bu iki xarakterin həqiqətən yaşayıb yaşamadığı, yaşayıbsa, harada necə yaşadığı dəqiq olaraq bilinmir. Danışılanlar rəvayətlərə əsaslanır, həqiqətən yaşamış olsalar da, böyük ehtimalla bəhs edilən dövrdə tarix kitablarına girəcək qədər əhəmiyyətli görülməyiblər. Folklorşünaslar Qaragözün bəzi oyunlarda qaraçı olduğunu öz dili ilə deməsi və Bulqar qaydası çalmasını əsas götürərək onun Bizans imperatoru Konstantinin qaraçı seyisi Sofyozlu Bali Çələbi olduğunu söyləyirlər. Bir digər rəvayətə görə isə Hacı İvaz Ağa, ya da xalqın bildiyi adı ilə Xacivat və Trakyada yerləşən Samakol kəndindən olan dəmirçi ustası Qaragöz Orxan Qazi dövründə Bursada yaşayan və məscid inşaatında işləyən iki işçidir. Özləri işləmədikləri kimi başqa işçilərin işləməsinə də imkan vermirdilər. Orhan Qazinin "məscid vaxtında bitməsə, kəlləni alaramm" dediyi məscid memarı məscidin inşaatının vaxtında bitməməsinə görə Qaragöz və Xacivatı şikayət edir.
Tünd qırmızı ayıca
Tünd qırmızı ayıca (lat. Rhyparia purpurata) — pulcuqluqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü. Qanadları açılmış halda 40-42& mm-dir. Ön qanadları təmiz sarı rəngdədir, üzərində çox sayda boz-qonur ləkələr var. Bu ləkələr qanadın ön kənarında cərgə ilə düzülmüş bir qədər iri və qaramtıldır. Qanadın daxili kənarındakı ləkələr yaxşı seçilmir. Arxa qanadları al qırmızı rəngdədir, üzərində eninə uzanmış 4 qara rəngli ləkə var. Bunlardan ortada yeləşən iki ləkə böyükdür. Qanadın xarici kənarında iki qara ləkə var. Ətrafındakı saçaqlar sarıdır.
Tünd rəngli dovşanalması
Tünd rəngli dovşanalması (lat. Cotoneaster morulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Zaqafqaziya, Dağıstan, şimali-şərqi Azərbaycan, Gürcüstan, şimali Ermənistan, şimali-şərqi Türkiyədə yayılmışdır. Hündürlüyü 50-125 sm, şaxələnmiş budaqları olan koldur. Cavan zoğları tünd qırmızı, parlaq çox qısa, yapışqan tükcüklərlə örtülmüşdür. Yarpaqları nazik, dərivari, üstü açıq, sarımtıl-yaşıl, tutqun, çılpaq və ya orta damarcığın ətrafında seyrək tükcüklü, alt tərəfi açıq, yaşılımtıl-bozumtul, nazik tükcüklü, uzunluğu 11,5-20 mm-dək və eni 8,5-16 mm, bünövrəsi qeyri-bərabərdir. Saplaqların uzunluğu (1,5) 2-3 mm, nazik tükcüklərlə örtülmüşdür. Çiçəklərin uzunluğu 18-30 mm-dır. Çiçək qrupu düz dayanan, möhkəm, qısa, uzunluğu 8-16 mm, 3-6 (8) çiçəkli, 1-3 çiçəkli yarımçətirlərdən ibarətdir. Çiçək saplağının uzunluğu 1-1,5 (2) mm, boz tükcüklüdür.
Tünd rəngli sovka